İmişli rayon Mərkəzi kitabxanası

İmişli rayon MKS
Tədbirlər
1 Avqust , 2016

       Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzalanan sərəncama əsasən 1 avqust ölkəmizdə "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" kimi qeyd edilir. Bununla əlaqədar olaraq İmişli rayon Mərkəzi kitabxanasında 1 avqust " Azərbaycan dili  və latın qrafikası əlifbası günü”-nə həsr edilmiş “Ana dilini qorumaq” adlı tədbir keçrilmişdir. Tədbirdə Metodika və biblioqafiya şöbəsinin müdiri Əsmər Babayeva azərbaycan dilinin ta qədimdən bü günə qədər olan tarixi haqqında tədbir iştirakçılarına məlumat verdi. Tədbirdə  qeyd edildi ki, Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan dilinin dövlət dilinə yalnız sözdə deyil, əməldə də çevrilməsi üçün var gücü və iradəsi ilə çalışmışdır. Məhz ulu öndər Heydər Əliyev ana dilinin dünyaya səpələnmiş azərbaycanlılar arasında bir daha ünsiyyət vasitəsi olması üçün əsl mübarizə aparmışdır.

      Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində ulu öndər Heydər Əliyevin çox müstəsna xidmətləri var. 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında"kı fərmanında deyilir: "Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqlardan bir neçə minillik tarixi yaşaması lazım gəlir". Bu mənada biz xoşbəxtik ki, doğma Azərbaycan xalqı həqiqətən də dünyanın ən qədim xalqlarından biridir. Ümummilli lider Heydər Əliyevin məşhur bir fikrini dönə-dönə xatırlamaqla duyduğumuz qürurun bir aləm mənası var: "Millətin milliliyini saxlayan onun dilidir".

     Həmçinin oda qeyd edildi ki, ulu öndər Heydər Əliyevin davamçısı olan ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm  tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı "Azərbaycan milli ensiklopediyasının nəşri haqqında"kı sərəncam oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı.

Foto Qalereya